Bu gün Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa kişilər və sablya qadınlarda komanda yarışlarına start verilib.

Rekord.az xəbər verir ki, Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət şpaqa üzrə kişilərdən ibarət millimiz ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə Estoniya yığması ilə üz-üzə gəlib.

Rəqibinə 41:43 hesabı ilə məğlub olan komandamız mübarizəni dayandırıb.