Azərbaycan yığması Çexiyada beynəlxalq toplanışı başa vurdu
- 11 Apr 2024 21:45
- 236
Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo millisi Çexiyada beynəlxalq təlim-məşq toplanışını başa vurub.
Rekord.az xəbər verir ki, hazırlıq prosesində 12 idmançı iştirak edib.
Teplitse şəhərində təşkil olunan təlim-məşq toplanışı mayın 4-5-də Göygöldə keçiriləcək Avropa Kubokuna, həmçinin iyun və avqust aylarında baş tutacaq Avropa və dünya çempionatlarına hazılıq məqsədi daşıyıb.