Azərbaycan yığması DÇ-də növbəti mərhələyə vəsiqəni təmin etdi
- 29 Okt 2023 20:06
- 304
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Misir ilə üz-üzə gəlib.
Qarşılaşma komandamızın 4:1 hesablı qələbəsi ilə bitib. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar.
Beləliklə, milli növbəti mərhələyə vəsiqəni təmin edib.
Azərbaycan seçməsi ilk matçda İraqı 2:0 hesabı ilə üstələyib. Yığma oktyabrın 31-də Küveytlə qarşılaşacaq.