Azərbaycan yığması DÇ-yə bu heyətlə yollanır
- 26 İyl 2022 15:15
- 474
İyulun 28-də Bolqarıstanın Sofiya şəhərində start götürəcək yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək Azərbaycan taekvondoçularının adları açıqlanıb.
Rekord.az xəbər verir ki, 4 gün davam edəcək milli dünya birinciliyində 17 (10 oğlan və 7 qız) idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərovun yetirmələrindən Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (65 kq yuxarı) etimad göstərib.
Yenieyetmə qızlardan isə Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq) və Fatimə Həsənova (51 kq) çəki dərəcəsində mübarizə aparacaq.