Azərbaycan yığması dünya çempionatında 3-cü oldu
- 22 Avq 2021 20:21
- 741
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı başa çatıb.
Rekord.az xəbər veirr ki, Yunan-Roma güləşi üzrə millimiz mundialda uğurlu çıxışla diqqət çəkib.
Məsul yarışa böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında 9 güləşçiylə yollanan komandamız 4 medal qazanıb. Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.
Yekunda 101 xal toplayan millimiz komanda hesabında dünya 3-cüsü olub. Rusiya (183) birinci, İran (130) isə ikinci yeri tutub.