Azərbaycan yığması dünya çempionu oldu
- 01 Sen 2022 20:30
- 471
Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə dünya çempionatı keçirilir.
Rekord.az xəbər verir ki, bu gün U-17 dünya çempionatı baş tutub.
Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 idmançı mundialda ölkəmizi təmsil edib.
Yeniyetmələrin yarışında Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) mübarizə aparıblar. Onların hamısı bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.
Azərbaycan yığması isə 100 xalla komanda hesabında dünya çempionu olub. Moldova 61 xalla ikinci, Fransa isə 48 xalla 3-cü yeri tutub.
Sabah U-20 dünya çempionatı baş tutacaq. Gənclərin mübarizəsində isə Rübail İbrahimli (70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) uğur qazanmağa çalışacaq.