Azərbaycan yığması dünya ikincisi oldu
- 02 Sen 2022 21:00
- 448
Bu gün Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə U-20 dünya çempionatı keçirilib.
Rekord.az xəbər verir ki, mundialda Azərbaycanı baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Rübail İbrahimli (70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) təmsil edib.
Millimiz məsul yarışda bir dəst medal qazanıb. Fərid Cabbarov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Zəfər Əliyev gümüş, Rübail İbrahimli isə bürünc medal qazanıb.
Azərbaycan 68 xalla komanda hesabında dünya ikincisi olub. Rumıniya 95 xalla birinci, Moldova isə 35 xalla üçüncü yeri tutub.