Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışda gümüş medal qazanıb.

Rekord.az xəbər verir ki, yığmamız finalda Fransa seçməsi ilə qarşılaşıb.

Əvvəlki mərhələlərdə Yunanıstan, Qazaxıstan və Türkiyəyə qalib gəlmiş cüdoçularımız həlledici görüşdə 1:4 hesabıyla uduzub.

Türkiyə və Yaponiya yığmaları bürünc medala sahib olublar.