Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın oğlanlardan ibarət U-16 yığması daha iki yoxlama oyunu keçirib.

Rekord.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda hər iki oyunda rəqiblərini məğlub etməyi bacarıb.

Azərbaycan (U-16) - "Rustavi" 78:55
Azərbaycan (U-16) - "Pachulia Academy" 68:61

Qeyd edək ki, yığmamız martın 25-də təlim-məşq toplanışını yekunlaşdıraraq vətənə qayıdacaq.