Azərbaycan yığması ikinci oyunda da məğlub oldu
- 06 Apr 2024 17:20
- 205
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, yığma Latviyada Bolqarıstan ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0.
U-19 ilk oyununda Monteneqroya uduzub - 0:4. Komanda aprelin 9-da Latviya ilə görüşəcək.