Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunlarında çıxış edəcək.

Rekord.az xəbər verir ki, ilk matçlar 2024-cü il 19-27 fevral, 18-26 noyabr və 2025 -ci il 17-25 fevralda baş tutacaq.

Yığma ikinci mərhələyə adlayacağı təqdirdə isə mübarizəni 2025-ci ilin iyununda da davam etdirəcək.

Seçmə mərhələnin püşkatma mərasimi avqustun 8-də Almaniyanın Münhen şəhərində keçiriləcək.