Azərbaycanın basketbol üzrə gənclərdən ibarət (U-18) komandasının Türkiyənin İstanbul şəhərindəki təlim-məşq toplanışı davam edir.

Rekord.az xəbər verir ki, U-18 bu gün növbəti sınaq oyununa çıxıb.

Millimizin növbəti rəqibi Türkiyə Super Liqa təmsilçisi “Büyükçekmece Basketbol” komandasının gənclərdən ibarət kollektivi olub. Güclü rəqibi ilə prinsipial şəraitdə keçən oyunda U-18 72:65 hesablı qələbəyə sevinib.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu 20 xal toplayan yığmamızın üzvü Əli Həsənov olub.