Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, yığmamız üçüncü matçında Kipr seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:16 hesabı ilə üstələyərək B qrupunun lideri kimi pley-offa yüksəlib.

İlk görüşdə Ermənistan kollektivini məğlub edən (21:9) millimiz Kosovodan da güclü olub - 14:10