Azərbaycan yığması Kosovo ilə oyuna hazırlığı başa vurdu
- 24 Fev 2024 20:42
- 301
"Sərhədçi" İdman Mərkəzində Azərbaycanın kişilərdən ibarət basketbol millisi Kosovo ilə oyun öncəsi sonuncu məşqini keçirib.
Rekord.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komandanın sonuncu məşqi Kosovo yığmasına özəl hazırlanmış taktiki hücum və müdafiə sistemlərinin tətbiqi ilə yekunlaşıb.
Kosovo ilə oyun fevralın 25-də, saat 14:00-da "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.