Bu gün Bakıda 17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin 4-cü turuna start verilib.

Rekord.az xəbər verir ki, günün ilk matçında Gürcüstan və Sloveniya komandaları üz-üzə gəliblər.

Görüş daha inamlı oyun nümayiş etdirən Sloveniya millisinin qələbəsi ilə nəticələnib - 30:14.

Lüksemburq - Farer adaları qarşılaşması daha gərgin mübarizə ilə yadda qalıb. İlk hissəsi 14:12 hesabı ilə bitən oyunda qalib müəyyənləşməyib - 24:24.

İspaniya millisi 4-cü turda İsrail kollektivi üzərində asan qələbə qazanıb - 37:15. Litva - Azərbaycan matçı isə 47:14 hesabı ilə başa çatıb.

Sabah Farer adaları - İspaniya, Gürcüstan - Bosniya və Herseqovina, Lüksemburq - Yunanıstan və Sloveniya - Litva görüşləri ilə qrup mərhələsinə yekun vurulacaq.