
Azərbaycan yığması Millətlər Liqasına heç-heçə ilə başladı
- 21 Fev 2025 19:30
- 64
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Monteneqro yığmasını qəbul edib.
“Liv Bona Dea Arena”da təşkil olunan qarşılaşma 0:0 hesablı qolsuz heç-heçə yekunlaşıb.
Millimiz qrupda növbəti oyununu aprelin 4-də səfərdə Litva yığmasına qarşı keçirəcək.