
Azərbaycan yığması Polşada birinci oldu
- 06 Apr 2025 23:00
- 58
Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku başa çatıb.
Rekord.az xəbər verir ki, ikinci yarış günündə milli komandamız hesabına 1 qızıl və 2 gümüş medal yazdırıb.
+100 kq çəki dərəcəsinə tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.
Süleyman Şükürov (-81 kq) və Tuncay Şamil (-90 kq) gümüş medala sahib çıxıblar.
Yarışın ilk günündə gənc cüdoçularımızdan Fərid Qarayev (-60 kq) ilə Məhəmməd Musayev (-66 kq) qızıl, Nihad Məmişov (-66 kq) və Əbil Yusubov (-73 kq) isə bürünc medal qazanıblar.
Ümumilikdə 7 medal qazanan gənclərdən ibarət Azərbaycan cüdo yığması Avropa kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.