Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunlarında iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Qırğızıstandan olan həmyaşıdları ilə üz-üzə gələn futzalçılarımız məğlub olub – 3:8.

Komandamızın heyətində Xəzər Ağalızadə, Fuad Məmmədzadə və Şahmar Cəfərli fərqlənib.

U-19-un sabah 5-ci yer uğrunda keçirəcəyi oyundakı rəqibi bu gün A qrupunda keçiriləcək Moldova - Özbəkistan matçından sonra müəyyənləşəcək.