Azərbaycan yığması qrupda qaldı
- 26 İyn 2021 18:00
- 798
İyunun 25-26-da İsrailin Təl-Əviv şəhərində 3x3 basketbol üzrə Avropa çempionatının seçmə mərhələsi keçirilib.
Rekord.az xəbər verir ki, bu seçmə mərhələdə kişilərdən ibarət Azərbaycan yığması da mübarizə aparıb.
Komandamız seçmə mərhələyə Anar Haciyev, Cəbrayil Əkbərov, Endər Poladxanlı və Polad Həsənovla yollanıb.
Yarışın ilk günündə Azərbaycan millisi Belçikaya məğlub olub – 8;19. İkinci görüşünü Andorraya qarşı keçirən basketbolçularımız darmadağına seviniblər – 22;5. 1/4 finala adlamaq üçün qrup mərhələsinin 3-cü oyununda almanları yenmək lazım idi. Lakin hava şəraitinin korlanması ucbatından bu görüş təxirə salınıb, yekunda isə qapalı məkanda keçirilib. Qarşılaşma bərabər səviyyədə başlasa da, sona yaxın Almaniya yığması millimizə qalib gəlib – 21:14.
Bununla da komandamız qrupda 3-cü yeri tutaraq Parisdə keçiriləcək Avropa çempionatının final mərhələsinə çıxa bilməyib.