Azərbaycan yığması Rumıniyada birinci oldu
- 03 İyl 2022 19:11
- 538
Azərbaycanın böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub.
Rekord.az xəbər verir ki, Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirinin son günündə -90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev finalda kanadalı Aleksandr Arensibiaya qalib gələrək qızıl medala sahib olub.
İki günün nəticəsinə görə millimiz Açıq Avropa turnirini 3 qızıl, 3 bürünc medalla tamamlayıb.
32 ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi birinci yerdə qərarlaşıb.
Xatırladaq ki, turnirin ilk gününündə Nazir Talıbov (-60 kq) və Telman Vəliyev (-73 kq) qızıl, Rəşad Yelkiyev (-60 kq), Ruslan Paşayev (-66 kq) və Nəriman Mirzəyev (-73 kq) bürünc medal qazanıblar.