
Azərbaycan yığması Şamaxıda təlim-məşq toplanışında
- 10 Mar 2025 20:49
- 40
Azərbaycanın parabadminton millisi martın 10-dan 20-dək Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək.
Rekord.az xəbər verir ki, hazırlıqda 11 idmançı iştirak edəcək.
Məşqçilər Rəvan Niftəliyev və Kərim Musayevin rəhbərliyi ilə toplanışa İlkin Bağırzadə, Əli Məhərrəmov, Nicat Allahverdiyev, Turan Şahsubutov, Fərid Mayılov, Zəhra Salmanlı, Ayan Əliyeva, Nigar Mehdiyeva, Nərmin İsgəndərova, Minəbəyim Rəhmanzadə və Fatimə Muradova cəlb olunublar.