![photo](https://www.rekord.az/storage/uploads/5/u-211.jpg)
Azərbaycan yığması seçmə mərhələyə məğlubiyyətlə başladı
- 13 Sen 2023 00:02
- 265
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Serbiyanın qonağı olub.
Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan komandasının heyətində Süleyman Damadayev 90-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu gün yığmamızın yer aldığı qrupun digər oyununda Ukrayna Şimali İrlandiya ilə ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Hazırda İngiltərə, Serbiya, Ukrayna və Lüksemburqun hərəyə 3 xalı varsa, Şimali İrlandiya və Azərbaycan yığmaları xalsızdır.