
Azərbaycan yığması son səfər oyunundan xalsız ayrıldı
- 11 Apr 2025 23:15
- 66
Azərbaycan millisi futzal üzrə Avropa çempionatının əsas mərhələsi çərçivəsində son səfər oyununu keçirib.
Rekord.az xəbər verir ki, komandamız “Helsinqborq Arena”da İsveç yığmasının qonağı olub.
Səfərə zədə səbəbindən bir neçə əsas oyunçusuz yollanan millimiz arenaya təşrif buyuran həmvətənlərimizin dəstəyi ilə oyuna fəal başlasa da, yekunda 3:4 hesablı məğlubiyyətə üzülüb.
Yığmamızın heyətində Oqtay Rüstəmli dubla imza atıb, Xətai Bağırov isə üçüncü qolu vurub.
5-ci qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu – dördüncüdür.
Millimiz qrupda son oyununu aprelin 15-də, Bakı idman Sarayında keçirəcək. Xorvatiya ilə oyun saat 20:00-da start götürəcək.