Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışına başlayıb.

Rekord.az xəbər verir ki, komandamız ayın 14-nə qədər qardaş ölkədə hazırlıq keçəcək.

Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ilk sınaq oyununu da keçirib. Rəqib Türkiyənin köklü komandalarından sayılan “Türk Telekom” klubunun U-20 basketbolçuları olub. Yığmamız bu görüşdə 64:62 hesabıyla qələbə qazanıb.

Bu oyunda yığmamızın üç üzvü - Amil Həmzəyəv və Əkbər Məmmədov hərəyə 17, Zaur Paşayev isə 14 xal toplayaraq qələbədə əsas pay sahibi olublar.