Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-16 yığma komandası ilk dəfə olaraq xaricə təlim-məşq toplanışına yollanıb.

Rekord.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gündən Türkiyədə olan komandamız fevralın 3-nə qədər Ankara şəhərində təlim-məşq toplanışı keçəcək.

Toplanış çərçivəsində bir sıra yoxlama oyunları keçirəcək qızlarımızın əsas hədəfi, 18-23 iyulda Andorrada baş tutacaq Avropa çempionatının C divizionu oyunlarına hazırlaşmaqdır.