Azərbaycan yığması Xorvatiyada təlim-məşq toplanışında
- 16 İyn 2022 19:47
- 519
Cüdo üzrə Azərbaycan yığma komandasının Xorvatiyada beynəlxalq təlim-məşq toplanışı davam edir.
Rekord.az xəbər verir ki, 21 iyuna qədər davam edəcək toplanışda yığma komandanın böyüklər, qadınlar, gənc oğlan və qızlardan ibarət 45 cüdoçusu iştirak edir.
Milli komandaya baş məşqçilər Riçard Trautman, Elxan Məmmədov və Rəşad Məmmədov rəhbərlik edir.