Basketbol üzrə gənclərdən ibarət (U-18) Azərbaycan yığmasının Türkiyənin İstanbul şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir.

Rekord.az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb.

Basketbolçularımız Türkiyənin regional liqa təmsilçisi ÜNSPED ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda Azərbaycan millisi 71:68 hesabı ilə qalib gəlib. Qarşılaşmanın ən məhsuldar basketbolçusu 16 xalla millimizin üzvü Azər Əzimov seçilib.

Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi gənclərdən ibarət yığma ardıcıl ikinci oyundur ki, parketdən qalib ayrılır. U-18 daha öncə Türkiyənin regional liqa komandası “Haznedar Doruk”a 77:52 hesabı ilə qalib gəlmişdi.