Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün keçirdiyi üçüncü oyunda heç-heçə edib.


Futbolinfo.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gəlib.


Kişinyovdakı “Zimbru” stadionunda baş tutan görüş 2:2 hesabı ilə nəticələnib.


Millimizin heyətində Həsən Nəzərli dubl (15 və 45+1 dəqiqələrdə) müəllifi olub.


U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) uduzub.