Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, “Neftçi”nin U-19 komandası ilə qarşılaşma 2:2 hesabı ilə nəticələnib.

Millimizin qollarını Şahin Şahniyarov və Nahid Əliyev vurub.