Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün sonuncu oyununu keçirib.

Rekord.az xəbər verir ki, 5-ci yer uğrunda qarşılaşmada moldovalı həmyaşıdları ilə üz-üzə gələn komandamız 10:5 hesablı qələbə qazanıb.

Əli Mahmudovun het-trik etdiyi matçda Nurlan Məmmədzadə, Xəzər Ağalızadə dubl edib. Digər qolları isə Şahmar Cəfərli, Mirzə Əmirov və Fuad Məmmədzadə vurub.