![photo](https://www.rekord.az/storage/uploads/5/qadin-6.jpg)
Azərbaycan yığmasından startda heç-heçə
- 22 Sen 2023 19:28
- 287
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında bu gün ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, “Dalğa Arena”da Kipr yığması ilə qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
Millimizin qolunu qarşılaşmanın 46-cı dəqiqəsində Sevinc Cəfərzadə vurub.
Komandamız növbəti oyununu sebtyabrın 26-da səfərdə Montenqro yığmasına qarşı keçirəcək.