Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlandı
- 30 Sen 2022 19:00
- 448
Cüdo üzrə Azərbaycan milli komandasının oktyabrın 1-də Sloveniyanın Sele şəhərində keçiriləcək böyüklər arasında Avropa Kuboku üçün heyəti bəlli olub.
Rekord.az xəbər verir ki, 2 gün davam edəcək turnirdə yığmanın 18 üzvü qüvvəsini sınayacaq.
Qadınlar arasında Ramilə Əliyeva (48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (hər ikisi 52 kq), Gülnarə Bayramova (57 kq) və Aytəkin Paşazadə (78 kq) tatami üzərinə çıxacaq.
Kişilərin mübarizəsində isə Kənan İsmayılov, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Ruslan Paşayev, Samir Piriyev, Tofiq Məmmədov, Samir İsmayılov (hamısı 66 kq), Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Adil Adilzadə (hər ikisi 81 kq), İbrahim Ağakişiyev (90 kq), Süleyman Yaqubov (100 kq), Camal Qamzatxanov (+100 kq) medal qazanmağa çalışacaq.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
Qeyd edək ki, Avropa Kubokuna 24 ölkədən 260 idmançı qatılacaq.