Azərbaycan yığmasının baş məşqçisi əməliyyat olundu
- 05 İyn 2022 17:00
- 505
Türkiyənin Sarıgerme qəsəbəsində çimərlik güləşi üzrə Dünya Seriyasının I mərhələsində qolundan ciddi zədə alan Azərbaycan təmsilçisi Oyan Nəzəriani xəstəxanaya yerləşdirilib.
Rekord.az xəbər verir ki, dünya çempionu Bakıda yerləşən xəstəxanalardan birində cərrahi əməliyyat olunub. Hazırda güləşçinin müalicəsi stasionar şəraitdə davam etdirilir.
Qeyd edək ki, Türkiyənin Sarıgerme qəsəbəsində çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsinə mayın 29-da yekun vurulub.
Oyan Nəzəriani (+90 kq) yarışın ilk günündə qolundan ciddi zədə aldığı üçün medalın bir addımlığında dayanıb və bürünc medal görüşündə iştirak etməyib.
O.Nəzəriani həm də çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisidir və bu növdə idmançı kimi 2019-cu ildə dünya çempionu olub.