Azərbaycan yığmasının “Böyük Dəbilqə” üçün heyəti açıqlandı
- 12 Okt 2023 14:00
- 395
Azərbaycan cüdo millisinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Rekord.az Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytına istinadən məlumatına görə, yığma yarışda 14 idmançı ilə təmsil olunacaq ki, onlardan 10-u kişi, 4-ü qadın olacaq.
Kişilərin mübarizəsində Əhməd Yusifov, Rövşən Əliyev (hər ikisi 60 kq), Ruslan Paşayev, Kəramət Hüseynov (hər ikisi 66 kq), İbrahim Əliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) çıxış edəcəklər.
Qadınlarda isə Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri 24-26 oktyabr tarixlərində keçiriləcək.