21-31 may aralığında Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək.

Rekord.az xəbər verir ki, 112 ölkədən 384 (220 kişi + 164 qadın) atletin qatılacağı yarışda Azərbaycan yığmasının üzvləri də qüvvələrini sınayacaq.

Baş məşqçilər Oktay Muxtarov (yeniyetmələr) və Maksum Xasanovun (gənclər) rəhbərliyi altında komandamız aşağıdakı heyətlə çıxış edəcək:

Tehran Məmmədov (61 kq), Murad Əliyev (67 kq), Ömər Cavadov (73 kq), Əliyev Füqan (81 kq) və Əli Şükürlü (102 kq).

Hakim qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edəcək.