Azərbaycan gimnastika millisinin Niderlandın Alkmaar şəhərində keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku üçün heyəti açıqlanıb.

Rekord.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mötəbər yarışda 4 gimnast mübarizə aparacaq.

Bunlar Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyevdir. Dünya Kuboku martın 13-14-də təşkil olunacaq.