Azərbaycan yığmasının ənənəvi turnir üçün heyəti açıqlandı
- 01 Mar 2023 19:29
- 418
Sabah Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turnirinə start veriləcək.
Rekord.az xəbər verir ki, martın 5-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 9 güləşçi təmsil edəcək.
Sərbəst güləş üzrə yarışda məşqçilər Arif Abdullayevlə Rövşən Hacıyevin rəhbərliyi altında İntiqam Vəlizadə (61 kq), Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), İbrahim Yusubov (92 kq), Rahid Həmidli və Georgi Meşvildişvili (hər ikisi 125 kq) mübarizə aparacaq. Qadın güləşi üzrə millimizin baş məşqçi əvəzi Rövşən Umudov 3 idmançının xidmətindən istifadə edəcək. Sofiyada Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (62 kq) Bolqarıstanda uğur qazanmağa çalışacaq.
Üçüncü dərəcəli beynəlxalq hakim Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.