Azərbaycan yığmasının sabiq baş məşqçisinə 5 il iş kəsdilər
- 2019-12-03 16:49
- 1023
2012/2013-cü illərdə cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi olmuş Peter Zeyzenbaherin məhkəməsi yekunlaşıb.
Rekord.az xəbər verir ki, azyaşlılara qarşı cinsi zorakılıqda günahlandırılan 59 yaşlı avstriyalı mütəxəssis 5 il müddətinə azadlıqdan məhrum edilib.
1984 və 1988-ci illərin Olimpiya çempionunun günahkar olduğu qanunla sübuta yetirilib. Onun 1999-2004-cü illərdə rəhbərliyi altında hazırlıq keçən idmançılarını zorladığı bildirilir. Zeyzenbaherin 1999-cu ildəki ilk “qurbanı”nın 11 yaşı olub və o həmin idmançıya 2002-ci ilədək təcavüz edib. Bundan başqa, çalışdırıcı 2004-cü 13 yaşlı başqa yetirməsinə də xoşagəlməz hərəkətlər edib. Mütəxəssisin 2001-ci ildə Xorvatiyada baş tutan təlim-məşq toplanışı vaxtı 16 yaşlı yeniyetmə cüdoçunu zorlaması da şikayətdə yer alıb.