Azərbaycan yığmasının Slovakiya və Bolqarıstanla oyunlar üçün heyəti açıqlandı
- 31 May 2024 20:30
- 221
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 7-də Bratislavada Slovakiya, 11-də isə Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.
“Qarabağ” klubunun futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra, iyunun 3-də kollektivə qoşulacaqlar.
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da, Azərbaycan – Bolqarıstan qarşılaşması isə “Liv Bona Dea Arena”da, saat 20:00-da başlayacaq.
Milliyə dəvət olunan futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Amin Ramazanov - Qarabağ
2. Xəyal Fərzullayev - Sumqayıt
3. Yusif İmanov - Sabah
4. Süleyman Damadayev - Şamaxı
5. İbrahim Ramazanov - Qəbələ
6. Seymur Məmmədov - Sabah
7. Cəlal Hüseynov - Arda (Bolqarıstan)
8. Eşqin Əhmədov - Qəbələ
9. Abdulla Rzayev - Araz-Naxçıvan
10. Rüfət Əhmədov - Kəpəz
11. Rüfət Abbasov - Neftçi
12. Mirəli Əhmədov - Araz-Naxçıvan
13. Mahir Həsənov - Kəpəz
14. Qurban Səfərov - Şamaxı
15. Samir Məhərrəmli - Şamaxı
16. Elcan Əbilov - Neftçi
17. Ramin Nəsirli - Araz-Naxçıvan
18. Xəyal Əliyev - Sabah
19. Murad Vəliyev - Nomme Yunayted (Estoniya)
20. Fərid Yusifli - Turan Tovuz
21. Şahin Şahniyarov - Qəbələ
22. Zeynəddin Abdurahmanov - Səbail
23. Samir Abdullayev - Səbail
24. Ağadadaş Salyanski - Neftçi
25. Nəriman Axundzadə - Qarabağ