Rusiyanın paytaxtı Moskvada keçirilən fiqurlu konkisürmə üzrə Qran-Pri başa çatıb.

Rekord.az xəbər verir ki, yarış qadınların sərbəst proqramı ilə yekunlaşıb.

Azərbaycan təmsilçisi Yekaterina Ryabova 109,27 xal toplayıb. O, iki proqramın cəmində 167,85 xalla kifayətlənib.

Təmsilçimiz yarışa qatılan 11, sərbəst proqramın 10 iştirakçı arasında 9-cu olub. Yarışın qalibi adına rusiyalı Yelizaveta Tuxtamışeva yiyələnib – 223,39.

Kişilərin yarışındakı təmsilçimiz Vladimir Litvintsev 10-cu yeri tutub.