Azərbaycan yığmasının yeni heyətlə ilk toplanışı
- 11 Apr 2023 23:51
- 319
Sərbəst güləş üzrə U-17 milli komandamız təlim-məşq toplanışına başlayıb.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionatının nəticələrinə əsasən yeni heyəti formalaşan yığmamız bu gündən Xaçmaz Olimpiya İdman Kompleksində hazırlıq prosesinə start verib.
Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlərə yer ayrılıb.
Aprelin 25-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Cəfər Cəfərov, Eltun Mamedov, Elgün Mamedov (hamısı), Bəşir Verdiyev, Elruz Paşayev, Muhamməd İsmayılov (hamısı 48 kq), Seyhun Əlizadə, Sədrəddin Həsənov, Sadiq Hüseynov, Hüseyn Hüseynov (hamısı 51 kq), Hacı Kərimov, Əli Əliyev (hər ikisi 55 kq), Camal Abbasov, Ağa Qasımov, Məhəmməd Əsgərov (hamısı 60 kq), Mirzağa Axundov, Fəqan Mustafayev (hər ikisi 65 kq), İsmayıl Rəhimli, Muradxan Omarov, Məhəmməd Abbaszadə (hamısı 71 kq), Şeyxəli Babazadə, Vüqar Hümbətov (hər ikisi 80 kq), Səid Paşayev, Fərhad Süleymanlı (hər ikisi 92 kq), Yusif Dursunov və İsmayıl Kərimov (hər ikisi 110 kq) iştirak edir.