Azərreyl” voleybol klubu növbəti transferini həyata keçirib.

Rekord.az xəbər verir ki, ispaniyalı oyunçu Ana Nyusamla müqavilə bağlanılıb.

22 yaşlı idmançı ilə imzalanmış müqavilənin müddəti bir ildir. 

2013-2015-ci illərdə iki mövsüm İspaniyanın məşhur “Barselona” klubunda çıxış etmiş Ana İtaliyada “Neruda” (2015/2016 mövsümü) və ABŞ-da “San Dieqo Yuniversiti”də (2016-2020-ci illər) forma geyinib. ABŞ-da olarkən ailə həyatı qurub.