Azərbaycana gələsi olmadı
- 21 Yan 2025 15:00
- 177
Hazırda Türkiyənin "Ankaragücü" komandasında forma geyinən Renat Dadaşovun karyerasını yenidən Azərbaycanda davam etdirəcəyi haqda söhbətlər yayılsa da, bu, baş verməyəcək.
Rekord.az-a daxil olan məlumata görə, ona həqiqətən də menecerlər tərəfindən belə variant təqdim olunub.
Lakin futbolçu Azərbaycanda oynamaq niyyətində olmadığını bildirib. O, karyerasını ya Türkiyədə, ya da Almaniyada davam etdirməkdə maraqlıdır.
Qeyd edək ki, futbolçunun "Ankaragücü" ilə 2026-cı ilin yayına kimi müqaviləsi olsa da, son zamanlar onun bu klubdan ayrılacağı haqda söhbətlər yayılıb.