“2018-ci ildə “Minay”la yanaşı Azərbaycan klubundan da təklif almışdım. “Sumqayıt” məni sıralarına cəlb etmək istəyirdi”.

Rekord.az xəbər verir ki, bu sözləri Ukraynanın birinci divizion təmsilçisi "Minay"ın futbolçusu Anatoli Nuriyev çempionatın rəsmi saytına açıqlamasında deyib.

Ukraynalı hücumçu "Sumqayıt"dan təklif almasından danışıb və niyə birinci divizion təmsilçisi “Minay”ı seçməsinin səbəbini açıqlayıb. O, Azərbaycana gənc yaşında yox, karyerasının sonunda gəlməyin daha məntiqli olduğunu bildirib:

“Sumqayıt”dan təklif gələndə düşündüm ki, ora karyeramın sonunda, yaxşı pul qazanmaq istəyəndə getmək lazımdı. Çünki oynamaq və inkişaf etmək istəyirdim. Zaman göstərdi ki, "Minay" variantını əbəs yerə seçməmişəm".

Qeyd edək ki, 2018-ci ildən "Minay"da çıxış edən Anatoli Nuriyev 41 oyunda meydana çıxıb və 21 qol vurub.