Hazırda Azərbaycanın futbol ictimaiyyəti arasında ən çox müzakirə olunan məsələlərdən biri də azarkeşlərin stadiona buraxılıb-buraxılmayacağı ilə bağlıdır.

Rekord.az-a daxil olan məlumata görə, yaxın zamanlarda bunun baş verəcəyi gözlənilmir.

PFL, ümumiyyətlə, ilin sonuna kimi azarkeşlərin stadiona girişini məqbul saymır. Yalnız 2021-ci ildə, yəni qış fasiləsindən sonra buna ümid etmək olar. 

Qeyd edək ki, hazırda Avropanın əksər ölkələri də bu məsələni müzakirə etsə də hələlik risk edib bu addımı atan yoxdur. İngiltərə buna çox yaxın olsa da sonradan yoluxma sayının artması səbəbindən qərar təxirə salındı.