![photo](https://www.rekord.az/storage/uploads/4/goygol1.jpg)
Azərbaycanda bərbad durumda olan daha bir stadion FOTO
- 21 İyl 2023 13:00
- 997
Azərbaycanda təmirsiz vəziyyətdə olan stadionlardan biri də Göygöl Şəhər Stadionudur.
Rekord.az xəbər verir ki, 2 min tamaşaçı tutumuna malik stadion hazırda təmirsiz və baxımsız vəziyyətdədir.
Sonuncu dəfə burada peşəkar səviyyədə oyun "Göygöl" I dəstədə çıxış edən zaman olub. Təəssüf ki, həmin vaxtdan bu yana rayonda peşəkar komandanın olmaması stadionun durumuna da təsir edib. Ümid edirik ki, yeni yaranan "Göygöl" komandasının ayağı düşərli olacaq və rayonun mərkəzi stadionu da qısa zamabda əsaslı təmir olunacaq.