![photo](https://www.rekord.az/storage/news/2025_02_10/sabirabad2_1739215674.jpeg)
Azərbaycanda bu bölgə komandası ayaqda qalmaq üçün "adama 1 manat" kampaniyasına başladı
- 13:00
- 138
Yeni mövsümdən "Region Liqası"nda çıxış edəcəyi gözlənilən komandalardan biri də Sabirabadın eyni adlı komandasıdır.
Rekord.az xəbər verir ki, ötən gün doğma meydançada Ağcabədinin "Afşar" komandası yoxlama matçında üz-üzə gələn sabirabadlılar meydançadan 4:4-lük heç-heçə ilə ayrılıb.
Komanda rəhbərliyi bacardığı qədər çalışır ki, turnirdə yaxşı çıxış etsin. Lakin maddi durum buna mane ola bilər. Nə yerli iş adamlarından dəstək var, nə də yerli icra hakimiyyətindən. Yerli futbolsevərlər məcbur olub özləri qollarını çırmalayıb aksiyayaya start verib. Aksiya "Adama 1 manat" adlanır. Rayon əhalisi bu aksiyaya qoşulub doğma komandalarına dəstək ola bilər.