"Turan Tovuz"un bir qrup futbolçusu ordu sıralarına yazılmaq və döyüşlərdə iştirak etmək məqsədilə klub rəhbərliyindən izn istəyib.

Rekord.az xəbər verir ki, komanda üzvləri cəbhənin ön xəttində əsgərlərlə birgə əllərinə silah almağa hazır olduqlarını bildiriblər.

Bu barədə redaksiyamıza məlumat verən tovuzlu futbolsevərlər qeyd ediblər ki, başqa klublada forma geyinən tovuzlu oyunçular da doğma rayonlarına gələrək, müharibəyə yollanmaq istəyindədir.