Azərbaycanda stadionların ot örtüyünə qulluq edən, bir müddət öncə isə ölkəmizdən ayrılan Fil Şarplesin yeni iş yeri müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə ingiltərəli mütəxəssis özünün "Facebook" səhifəsində paylaşım edib.

O bildirib ki, bundan sonra Səudiyyə Ərəbistanında fəaliyyət göstərəcək: "Növbəti təyinat. Ər-Riyadda 5 ay. Səhrada ot yetişdirəcəyik".

Fil Şarples Azərbaycanda Qəbələ şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və digər arenalarda ot örtüyünə qulluq edib.