Tanınmış aparıcılar Rüfət Nadirli və Elcan Məmmədlinin birgə layihəsi olan "Sporttime" fəaliyyətə başladı.

 

Rekord.az xəbər verir ki, layihə həftə içi 5 gün, saat 14:00-dan 15:00-dək ANTENN 101 FM-də yayımlanacaq.

 

Burada ölkə futbolunda baş verən ən son yeniliklər diqqətə çatdırılacaq, günün mövzusu əsasında azarkeş fikri dinləniləcək, qonaqlar dəvət olunacaq.